• cümə, 29 Mart, 19:47
  • Baku Bakı 14°C

İran XİN: Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində regional və beynəlxalq məsələlər müzakirə ediləcək

11.09.17 14:45 982
İran XİN: Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitində regional və beynəlxalq məsələlər müzakirə ediləcək
"Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcəkzirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransındaAPA-nın sualının cavabında bildirib.B. Qasimi deyib ki, İranla Azərbaycan,İranla Rusiya və Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına diqqət artırılacaq: "Görüşdə Ölkələrin bir-birinə daha yaxın olan sahələrdə əməkdaşlıq prespiktivləri müzakirə olunacaq. Toplantıda üç ölkə prezidentinin regional və beynəlxalq məsələləri də müzakirə edəcəyi gözlənilir”.
XİN sözçüsü toplantının tarixini açıqlamayıb.
banner

Oxşar Xəbərlər