• çərşənbə axşamı, 23 aprel, 09:32
  • Baku Bakı 20°C

İran vətəndaşları saxlanıldı

23.05.13 14:18 1398
İran vətəndaşları saxlanıldı
Dövlət Gömrük Komitəsinin əməkdaşları İran vətəndaşlarını saxlayıblar. Lent. az-ın məlumatına görə, Astara Gömrük məntəqəsində İran vətəndaşları Fathi Saleh Gholam və Assadi Rasoul Bahloulun idarə etdikləri “Volvo B72R” markalı sərnişin avtobusundan narkotik maddə aşkarlanıb.
Çəkisi 3 kiloqram 925 qram həşiş qətranı, 236,148 qram tiryək, 186,19 qram heroin və 0,125 qram metadon götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb və hər iki İran vətəndaşı şübhəli şəxs qismində saxlanıb. Cinayət işi üzrə dindirmələr zamanı məlum olub ki, aşkarlanan narkotik vasitələri digər bir İran vətəndaşı Zomorrodnia Edris Aga Karim sərnişin avtobusuna gizli olaraq keçirib. O, şübhəli şəxs qismində həbs edilib.
Qeyd edək ki, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər