• cümə axşamı, 25 aprel, 09:28
  • Baku Bakı 14°C

İran və Çinin xarici işlər nazirləri Münxendə nüvə sazişini müzakirə ediblər

15.02.20 10:15 1357
İran və Çinin xarici işlər nazirləri Münxendə nüvə sazişini müzakirə ediblər
İran və Çinin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Vanq Yi Münxendə fevralın 14-də nüvə razılaşması və koronavirus mövzularını müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram"-kanalında verilən açıqlamada deyilib.
Məlumatda bildirilir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə İran və Çinin xarici işlər nazirləri həmçinin Birgə Hərtərəfli Fəaliyyət Planı, General Süleymaninin ölümü və Ukrayna təyyarəsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Məhəmməd Cavad Zərif çinli həmkarına virusun episentri olan Vuhan şəhərindən iranlı tələbələrin evakuasiya edilməsində köməyə görə təşəkkür edib.
banner

Oxşar Xəbərlər