• cümə axşamı, 25 aprel, 17:53
  • Baku Bakı 23°C

İran uranın zənginləşdirilməsini davam etdirməyə hazırdır

09.05.18 09:40 561
İran uranın zənginləşdirilməsini davam etdirməyə hazırdır
İran uranın zənginləşdirilməsini məhdudiyyətsiz davam etdirməyə hazırdır. Bu sözləri İran Prezidenti Həsən Ruhani dövlət televiziyasında xalqa müraciətində deyib.
ABŞ Prezidentinin İran ilə Qərb dövlətlərinin 2015-ci ildə imzaladığı razılaşmadan, eləcə də Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması haqqında qəbul etdiyi qərardan sonra Həsən Ruhani xalqa müraciət edib.
Prezident Ruhani müraciətində bildirib ki, İranın nüvə enerjisi təşkilatına zərurət yarandıqda uranın məhdudiyyətsiz zənginləşdirilməsini tapşırıb. O qeyd edib ki, İran ABŞ-ın tələblərini rədd edərək qitələrarası ballistik raket istehsalını da davam etdirəcək. Dünyanın heç bir dövləti öz müdafiə qabiliyyətini beynəlxalq ictimaiyyətin müzakirəsinə vermir. İran da müdafiə qabiliyyətini nəinki müzakirəyə çıxarmayacaq, onun möhkəmləndirməsini davam etdirəcək.
banner

Oxşar Xəbərlər