• cümə, 29 Mart, 03:13
  • Baku Bakı 7°C

İran televiziyası “Roma”nın emblemini dəyişdi

06.04.18 12:40 716
İran televiziyası “Roma”nın emblemini dəyişdi
İranın dövlət televiziyasının Çempionlar Liqasının 1/4 finalında keçirilən "Barselona” - "Roma” oyunu ilə bağlı reportajı ajiotaja səbəb olub.
Kaspi.az xəbər verir ki, dövlət televiziyası "Roma”nın emblemini dəyişdirib. Belə ki, ekrana gətirilən emblemdə Rem və Romula süd verən canavarın döşləri silinib.
Roma şəhərinin əsasını qoyduğu deyilən Rem və Romul ana südü içməyiblər. Onları canavar bəsləyib. İndi isə İran televiziyası Rem və Romulu canavar südündən də məhrum edib.
"Roma”nın "tvitter” səhifəsi məsələyə zarafatyana münasibət bildirib: "Əgər sən məni əvvəlki kimi sevə bilmirsənsə, onda indiki kimi sevməyə məcbursan”.
banner

Oxşar Xəbərlər