• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

İran Suriyada hərbi əməliyyatlar barədə xəbərdarlıq etdi

28.08.13 07:43 1524
İran Suriyada hərbi əməliyyatlar barədə xəbərdarlıq etdi
APA-nın xəbərinə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. “Hərbi müdaxilə baş versə bölgənin sabitliyi və təhlükəsizliyi təhlükə altında olacaq”, deyə nazir qeyd edib.
“Bu zorakılığı təhrik edən tərəflərin heç də marağında olmayacaq”, deyə Hüseyn Dehqan əlavə edib.
Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir. Məhz bu hadisədən sonra Suriyaya hərbi müdaxilə məsələsi Qərbdə gündəmə gəlib.
banner

Oxşar Xəbərlər