İran şirkətləri Azərbaycana gəlir
Bu gün Bakıda Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“APA-Economics”in xəbərinə görə, görüşdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov nazir Əli Abbasovun İran səfərinin uğurlu nəticələr verdiyini bildirib.
Nazir müavini deyib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib. İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran İ. Məmmədov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
Görüş zamanı M. Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib. İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M. Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, 3-cü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, özəl sektor sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi əsas məsələlərdən biridir.
Tədbir daha sonra Azərbaycan və İran rabitə və informasiya texnologiyaları sahəsində çalışan şirkətlərin təqdimatları ilə davam edib.