AZE | RUS | ENG |

İran səfirindən sensasion bəyanat

İran səfirindən sensasion bəyanat
İranın Rusiyadakı səfiri: “Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim yoxdur”


“Ermənistanla birlikdə Araz çayının üzərində SES tikilməsi layihəsi Azərbaycanın narazılığına səbəb olursa, diplomatik kanallar vasitəsi ilə öz etirazını İrana bildirmək hüququna malikdir”.

APA-nın verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mahmud Reza Sacadi Moskvada keçirdiyi brifinqdə deyib. Layihə barədə məlumatlı olmadığını söyləyən iranlı diplomat Ermənistanın da Azərbaycan kimi İranın yaxın qonşusu olduğunu vurğulayıb: “İran qonşuları ilə normal münasibət saxlayır”.

İran səfiri İsrailin Fələstin xalqına qarşı təcavüzü ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü arasındakı fərqlə bağlı sualı belə cavablandırıb: “Mənim Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim yoxdur. Bu sual mənə deyil, İranın Azərbaycandakı səfirinə ünvanlanmalıdır. İran-Azərbaycan münasibətlərinə görə məsuliyyəti o, daşıyır. O ki qaldı İsrailin Fələstinə qarşı təcavüzünə, deyə bilərəm ki, rəsmi Tehran sionist rejimin müharibənin davam etdirilməsi yolunda fəaliyyətini sərt tənqid edir. İran xalqı Fələstin xalqı ilə birlikdə sionist rejimin vəhşi hücumlarına qarşı həmrəydir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202