• cümə axşamı, 25 aprel, 07:57
  • Baku Bakı 14°C

İran səfiri: “Həmsədrlər BMT qətnamələrinin icrasına təsir göstərməlidirlər”

02.06.16 17:50 939
İran səfiri: “Həmsədrlər BMT qətnamələrinin icrasına təsir göstərməlidirlər”
"Yaxın vaxtlarda Azərbaycanla İran arasında vizaların ləğvi məsələsi gündəmdədir”.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib ki, İranın Ermənistanla viza rejimini ləğv etməsi gözlənilmir.

Diplomat Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməyib və biz Azərbaycanın yanındayıq. Ümid edirik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq qanunlara əsasən sülh yolu ilə həll olunacaq. Ümid edirik ki, iki ölkə arasında başlanan danışıqlar və beynəlxalq səviyyədə həll yolları öz bəhrəsini verəcək. Minsk Qrupu bu məsələdə fəal iştirak etməklə məsələnin həllinə çalışmalıdır. Bu qrupun həmsədrləriBMTTəhlükəsizlik Şurasının üzvləri olduğu üçünBMTqətnamələrinin icrasına təsir göstərməlidirlər”.
banner

Oxşar Xəbərlər