AZE | RUS | ENG |

İran səfiri: “...cavab verəcəyik”

İran səfiri: “...cavab verəcəyik”
“Ən yaxın gələcəkdə bütün araşdırmalar aparılacaq və sonra notanın cavabı konsulluğa təqdim ediləcək”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Gəncədə səfərdə olan İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin verib. O qeyd edib ki, İranda saxlanılan Azərbaycan vətəndaşı haqqında lazımi və rəsmi məlumata malik deyil. Lakin diplomat Azərbaycan Təbrizdəki Baş Konsulluğunun İran Xarici işlər Nazirliyinə nota təqdim etdiyi haqqında məlumatı olduğunu bildirib. O qeyd edib ki, notada Azərbaycan tərəfi İranda saxlanılan vətəndaşı haqqında məlumat əldə etmək istəyir. Səfir araşdırmalardan sonra yaxın gələcəkdə notanın cavablandırılacağını deyib. “Hər iki ölkədə ortaya müəyyən mövzular atan şəxslər olur, mediada bu mövzuları yayır. Bu, bizim münasibətlərimizə heç uyğun deyil. Hər iki ölkə rəhbərinin iradəsi göstərir ki, belə qeyri-rəsmi orqanlar, şəxslər və ya qurumlar bizim yaxşı münasibətlərimizə mənfi təsir edə bilməz”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775