• cümə axşamı, 25 aprel, 00:27
  • Baku Bakı 19°C

İran saytı Əli Həsənovun “Forum Daily” qəzetinə müsahibəsi ilə bağlı material yayıb

12.02.15 14:00 926
İran saytı Əli Həsənovun “Forum Daily” qəzetinə müsahibəsi ilə bağlı material yayıb
İran İslam Respublikasının “Daniznews” saytı AzərTAc-a istinadla Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Forum Daily” qəzetinə verdiyi müsahibə ilə bağlı material yayıb.
Materialda bildirilir ki, Əli Həsənov “İslamı və dövlətin dünyəvi əsaslarını özündə birləşdirən inkişaf etmiş cəmiyyət qurmaq mümkündürmü?” sualına cavab olaraq deyib: “Dövlətimizin başçısı Davosda keçirilmiş Dünya İqtisadi Forumunda çıxışında qeyd etdi ki, biz hamımız öz ölkəmizdə sabit və dinc inkişaf görmək istəyirik. Radikalizm bizim hamımız üçün təhdid mənbəyi, ölkələrimizin geosiyasi mövqeyi isə radikalların Avropa qitəsinə soxulması qarşısında təbii maneədir. Azərbaycan müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, o deməkdir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan və ümumbəşəri dəyərlərə söykənən müasir, dünyəvi cəmiyyət qurmaq olar”.
“Radikal İslam Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?” sualını cavablandıran Əli Həsənov deyib ki, müəyyən qüvvələr Azərbaycanda da daxili vəziyyəti kəskinləşdirməyə, respublikada ictimai-siyasi sabitliyi pozmağa vaxtaşırı cəhdlər göstəriblər və göstərirlər. Dini amil vasitəsilə də cəmiyyətdə sabitliyi pozmaq cəhdləri müşahidə olunur. Lakin Azərbaycan xalqının tolerantlıq ənənələrinə, multikulturalizm ideyasına sadiqliyi və hökumətin bu istiqamətdə məqsədyönlü siyasəti Azərbaycanda dini radikalizmin yayılması yolunda həqiqətən maneədir.
Material Azərbaycan və fars dillərində yayılıb.
banner

Oxşar Xəbərlər