• cümə axşamı, 18 aprel, 04:36
  • Baku Bakı 15°C

“İran, Rusiya və ABŞ-dan Azərbaycana məktublar göndərilir”

10.07.13 12:53 1339
“İran, Rusiya və ABŞ-dan Azərbaycana məktublar göndərilir”
“Olimpiya oyunlarının ilk beş növündən biri olan güləş Olimpiya proqramından çıxarıla bilməz”.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan gənclər və idman naziri Azad Rəhimov İranın idman və gənclər naziri Məhəmməd Abbasinin Azərbaycan və İranın güləşin idman növü kimi Olimpiya Oyunlarından çıxarılmaması üçün öz güclərini səfərbər etmələrinə dair təklifinə münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycana bir neçə ölkə müraciət edib: “Güləşin idman növü kimi Olimpiya oyunlarından çıxarılmaması üçün həm İran, həm Rusiya, həm də ABŞ tərəfindən həm nazirliklər, həm federasiyalar, həm də Olimpiya Komitələri səviyyəsində bizə məktublar daxil olub. Azərbaycan güləşin Olimpiya idman növü kimi qalmasını tam dəstəkləyir və bu istiqamətdə addımlar atmağa hazırdır. Güləş Azərbaycan üçün çox vacibdir, çünki bu bizim tarixi idman növümüzdür”.
banner

Oxşar Xəbərlər