• cümə axşamı, 28 mart, 21:12
  • Baku Bakı 13°C

İran rəsmisi: İsrailin cəzasız zərbələrinin zamanı bitdi

11.02.18 17:00 605
İran rəsmisi: İsrailin cəzasız zərbələrinin zamanı bitdi
Cəzasız zərbələr zamanı keçdi və Suriya xalqı hər hansı bir təcavüz xarakterli hərəkətə cavab vermək iqtidarında olduğunu isbat etdi.
"Report” xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrail sərhədindəki hadisə ilə əlaqədar vəziyyəti şərh edərkən deyib.
"Suriya milləti bu dəfə sübut etdi ki, o, təcavüz xarakterli istənilən hücuma cavab verəcək, çünki cəzasız zərbələrin zamanı sona çatdı", - deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.
Fevralın 10-da İsrail Suriyadan ölkənin hava məkanına daxil olan İranın pilotsuz uçan aparatını vurub. Suriya hadisədən sonra hava hücumundan müdafiə sistemini işə salıb və nəticədə İsrail Hərbi Hava Qüvvələrinin ən azı bir təyyarəsi vurulub.
banner

Oxşar Xəbərlər