• cümə, 29 Mart, 09:15
  • Baku Bakı 5°C

İran qaz yataqlarında SOCAR-la birgə tədqiqatlar aparmaq istəyir - Təklif

02.08.16 14:46 1237
İran qaz yataqlarında SOCAR-la birgə tədqiqatlar aparmaq istəyir - Təklif
"SOCAR hazırda İranın qaz yataqlarında müştərək tədqiqatların aparılması ilə bağlı təklifimizi araşdırır".
Bunu APA-ya açıqlamasında İranın neft şirkətinin baş direktoru Əli Kardər deyib.
"İran bir müddət öncə qaz yataqlarının müştərək tədqiqatları üzrə birgə əməkdaşlıq layihəsini SOCAR-a təqdim edib və azərbaycanlı tərəfdaşlarımız bu məsələni araşdırır. Mövcud şərait Azərbaycanla İran arasında neft sahəsində əməkdaşlıq perspektivinin yaxşı olacağına ümid etməyə zəmin yaradıb", - deyə baş direktor qeyd edib.
banner

Oxşar Xəbərlər