• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

İran prezidenti Venesuela və Kubaya səfər edəcək

13.09.16 09:26 939
İran prezidenti Venesuela və Kubaya səfər edəcək
İran prezidentiHəsən RuhaniQoşulmama Hərəkatına üzv ölkələrin sammitində iştirak etmək üçün Venesuelaya səfər edəcək.

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, İran lideri Hərəkatda sədrliyi Venesuela prezidenti Nikolas Maduroya təhvil verəcək. Tədbir çərçivəsində H.Ruhani bir sıra dövlət başçıları ilə görüşəcək.

Daha sonra İran prezidenti kubalı həmkarı Raul Kastronun dəvəti ilə Havanaya yola düşəcək. Burada onun həmçinin Kuba inqilabının lideri Fidel Kastro ilə də görüşü nəzərdə tutulub.

Kuba səfərindən dərhal sonra İran lideri Nyu-YorkdaBMTBaş Assambleyasının 71-ci sessiyasının işinə qatılacaq.
banner

Oxşar Xəbərlər