• şənbə, 20 Aprel, 05:17
  • Baku Bakı 15°C

İran prezidenti Həsən Ruhani ABŞ-a yola düşdü

23.09.13 10:19 1248
İran prezidenti Həsən Ruhani ABŞ-a yola düşdü
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran prezidenti BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka səfər edir.
H.Ruhanini bu səfərdə İran Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndiyan, İran prezidentinin mətbuat məsələləri üzrə müşaviri və xüsusi köməkçisi Məhəmmədrza Sadiq, İran Mədəni Miras, Əl İşləri və Turizm Təşkilatının rəhbəri, vitse-prezident Məhəmmədəli Nəcəfi, İran yəhudilərinin nümayəndəsi Siyamək Mirsadiq, Şiraz şəhərini İran parlamentində təmsil edən deputat Əhmədrza Dəstqeyb və başqa qonaqlar müşayiət edirlər. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə hazırda ABŞ-dadır.
Qeyd edək ki, H.Ruhani sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək. Sentyabrın 25-də İran prezidentinin Qoşulmama Hərəkatının baş katibi qismində nüvə silahların yayılmasının qarşısının alınması ilə bağlı keçiriləcək zirvə toplantısında çıxışı olacaq. Eyni zamanda H.Ruhani Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısında da çıxış edəcək. Bundan əlavə, İran prezidentinin sessiya çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir. H.Ruhaninin həmçinin ABŞ-da yaşayan iranlılarla görüşü də nəzərdə tutulub. İran prezidentinin sentyabrın 26-da İrana qayıdacağı bildirilir.
banner

Oxşar Xəbərlər