• cümə, 19 Aprel, 20:29
  • Baku Bakı 24°C

İran prezidenti: “Azərbaycanla əlaqələrimizin genişlənəcəyinə əminəm”

24.05.13 13:43 1337
İran prezidenti: “Azərbaycanla əlaqələrimizin genişlənəcəyinə əminəm”
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad 28 may-Respublika günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi, həmçinin dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qədim tarixə malik gözəl münasibətlərin olduğunu nəzərə alaraq, gələcəkdə də bu əlaqələrin hər iki ölkənin xalqlarının qarşılıqlı mənafeyi istiqamətində daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə, eləcə də dünyada davamlı sülh və təhlükəsizliyin bərqərar olacağına əminliyimi bildirirəm.
Uca Tanrıdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dost dövləti və xalqına isə tərəqqi və səadət diləyirəm”.
banner

Oxşar Xəbərlər