İran parlamentinin deputatları 3 nazirin istefasını tələb edib
İran parlamentinin bir qrup deputatı prezidentHəsən Ruhaniyə 3 nazirin istefaya göndərilməsi ilə bağlı məktub ünvanlayıb.
APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin üzvü Hoseyn Maqsud məktubu 50 deputatın imzaladığını bildirib.
H. Maqsud bunun artıq İran prezidentinə anoloji mövzuda ünvanlanan ikinci məktub olduğunu nəzərə çatdırıb. H. Ruhani hələ ilk məktuba cavab verməyib.
Ölkədə iqtisadi problem fonunda deputatlar kooperasiya, əmək və sosial təminat, kənd təsərrüfatı və iqtisadiyyat nazirlərinin istefa verməsini tələb edirlər.