AZE | RUS | ENG |

İran nüvə sazişi ilə bağlı bəzi öhdəlikləri dayandırdı

İran nüvə sazişi ilə bağlı bəzi öhdəlikləri dayandırdı
İranın Hərtərəfli Birgə Fəaliyyət Planındakı bəzi öhdəlikləri dayandırılıb. Trend-in məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatındakı məlumatlı rəsmi bildirib. Belə ki, ilk 60 gündə İranın 1-ci addımı hesab olunan əlavə zənginləşdirilmiş uran və ağır suyun satışı ilə bağlı öhdəliklər yerinə yetirilməyəcək. 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Sazişin Avropa tərəfi İranla ticarəti qorumaq istiqamətində vədlər veriblər. 2019-cu il 8 may tarixində İran bu vədlərin yerinə yetirilmədiyini əsas götürərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 günlük yerinə yetirməyəcəyini bəyan edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815