• çərşənbə, 24 Aprel, 00:15
  • Baku Bakı 14°C

İran nəşri: Azərbaycan Rusiyaya yardım əlini necə uzadır?

17.09.18 16:58 879
İran nəşri: Azərbaycan Rusiyaya yardım əlini necə uzadır?
ANAJ,İran
15.09.2018

Moskvanın Azərbaycanla əlaqələrini genişlətməkdə məqsədi ABŞ-ın sanksiyaları qarşısında bu ölkənin iqtisadi imkanlarından istifadə etməkdir.
ABŞ-ın Rusiyaya qarşı sanksiyalara əl atdığı bir vaxtda Azərbaycanın Rusiyanın neft-qaz şirkətlərilə münasibətləri möhkəmləndirməsi əslində, Bakının çətin dövrdə Moskvaya yardım əli uzatmasıdır. İki ölkə arasında əlaqələr neft-qaz sektoru ilə yanaşı, əczaçılıq, kənd təsərrüfatı, avtomobil istehsalı və s. sahələrdə də inkişaf edir.
Azərbaycanın dövlət başçısı İlham Əliyev keçmiş Sovet İttifaqından ayrılaraq müstəqillik qazanmış ölkəsində rus dilinin vəziyyətindən, azərbaycanlı tələbələrin Rusiyada təhsil almasından məmnun olan Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib: "Azərbaycanda rus dilinə, mədəniyyətinə, əsrlər boyu bizi birləşdirən dəyərlərə xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda 340-dan çox rusdilli məktəb fəaliyyət göstərir”.
Azərbaycan-Rusiya əlaqələrində ikinci mühüm amil enerji sahəsində əməkdaşlıqdır. ABŞ ilə Avropanın bu sahədə Rusiyaya sabksiyalar tətbiq etmısi onu Azərbaycana üz tutmağa vadar edir. Üstəlik, Azərbaycan enerji sahəsində Avropa və ABŞ ilə yüksək səviyyədə əməkdaşlıq edir.
Rusiyanın Xarici İşlər Nazirliyinin avqustda yaydığı açıqlamada bildirilirdi ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya əsasən, Transxəzər boru kəmərinin inşası (ekoloji standartlara əməl etməklə) digər Xəzəryanı ölkələrin razılığını tələb edir. Yəni, Rusiya bu sahədə Azərbaycandan təklif gözləyir.
Vladimir Putin isə İlham Əliyev ilə sentyabrın əvvəlində Soçidə keçirdiyi görüşdən sonrakı mətbuat konfransında enerji sahəsində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Üstəlik, Soçi görüşündə imzalanmış 16 əməkdaşlıq sənədinin 2-si enerji sahəsinə aiddir: "Qoşadaş” blokunda neft-qaz yataqlarının, Abşeron yarımadasının dayazsulu şimal hissəsi və Xəzər dənizinin Azərbaycana aid yatağında birgə tədqiqat işlərinin aparılmasına dair müqavilə, Rusiyanın "Rosneft” və Azərbaycanın SOCAR şirkətləri arasında kommersiya müqaviləsi.
"Şimal-Cənub” tranzit dəhlizi də Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələri daha da möhkəmləndirir.
Rusiyanın iqtisadi təzyiqlərlə üzləşdiyi bir vaxtda Azərbaycan Rusiya iqtisadiyyatına onda nəğd pula silah almaqla da dəstək verir. Bunu Rusiya da yaxşı başa düşür. Bu arada İlham Əliyev Vladimir Putin ilə birgə mətbuat konfransında tərəflər arasında hərbi-texniki əməkdaşlığın gələcəkdə də davam edəcəyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanın Rusiyadan aldığı silahların dəyəri 5 milyard dolları ötüb. Başqa sözlə, Rusiya Azərbaycanın əsas silah təchizatçılarından biridir.
Fars dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər