• çərşənbə, 08 May, 17:56
  • Baku Bakı 16°C

İran kriptovalyutasını dövriyyəyə buraxmağa hazırlaşır

06.06.19 17:45 621
İran kriptovalyutasını dövriyyəyə buraxmağa hazırlaşır
İran tezliklə "peyman" adlı kriptovalyutasını dövriyyəyə buraxacaq.
Trend-in məlumatına görə, bunu İran Milli Bankının icraçı direktoru Məhəmməd Rza Hüseynzadə deyib.
M.Hüseynzadənin sözlərinə görə, peyman kriptovalyutası İranın "Milli", "Millət", "Parsian", "Pasargad" bankları və "Qoqnus" özəl şirkəti ilə birgə istehsal olunub.
İcraçı direktor əlavə edib ki, kriptovalyutanın istifadəyə verilməsi üçün ilkin işlər həyata keçirilib:
"Kriptovalyuta ilk mərhələdə əmlak alqı-satqıları üzrə işə başlayacaq və tədricən bütün sahələri əhatə edəcək” .
Qeyd edək ki, İran kriptovalyuta dövriyyəyə buraxacağı ilə bağlı yanvarın sonlarında rəsmi açıqlama yayıb.
İran kriptovalyutası 2 kq qızılın dəyərinə hesablanıb. Ay ərzində bazarın ehtiyacına əsasən 600 milyon peymanın dövriyyəyə buraxılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər