AZE | RUS | ENG |


İran Konstitusiyaya Nəzarət Şurası: Əcnəbilərin bizim seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur

İran Konstitusiyaya Nəzarət Şurası: Əcnəbilərin bizim seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur
"İlk turda qalib müəyyən olunmasa, gələn həftənin cümə günü ikinci tur keçiriləcək”. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Konstitusiyaya Nəzarət Şurasının üzvi və sözçüsü Abbasəli Kədxudayi deyib. O bildirib ki, seçkilər ikinci tura qalarsa, ilk turun yekun nəticələri açıqlandığı vaxtdan 2-ci turdan bir gün öncəyə qədər namizədlər təbliğat kampaniyası apara biləcək.
 
A. Kədxudayi əcnəbi müşahidəçilərin seçkilərdə müşahidə aparmasına dair suala cavabında qeyd edib ki, beynəlxalq qurumlar və digər ölkələr tərəfindən seçkilərin müşahidəsini aparmaq razılaşma yolu ilə baş tutur: "Adətən belə hallar o ölkələrdə olur ki, həmin ölkələrdə problemlər yaşanır. İslam Respublikasında seçkilər xalq tərəfindən keçirilir. Əcnəbilərin bu seçkiləri müşahidə etməsinə ehtiyac yoxdur. Baxmayaraq ki, bizim bundan çəkinəcəyimiz də yoxdur”.
 
A. Kədxudayi daxili işlər nazirinin seçkilərin birmərhələli olacağına dair sözlərinə də reaksiya verib: "Seçkilərdə nə baş verəcək, bilmirəm. Mən münəccim deyiləm və xahiş edirəm ki, DİN-dəki dostlarımız güman və münəccimlik əsasında danışmasınlar”.
 
Xatırladaq ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən seçkilərdə ikinci turun gözlənilmədiyini söyləyib.  
 
Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008