AZE | RUS | ENG |

İran İsraili yenə hədələdi

İran İsraili yenə hədələdi
“İran özünün də daxil olduğu Qərbi Asiya bölgəsində ən azı 2030-cu ilə qədər siyasi, təhlükəsizlik və iqtisadi baxımdan strateji rol oynayacaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri ayətullah Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi deyib. Onun sözlərinə görə, hazırda Qərbi Asiya bölgəsində geopolitik dəyişikliklər baş verir: “Bu gün İran, Türkiyə və İsrail bu bölgənin əsl oyunşularıdır. ABŞ, Rusiya və Çin isə kənar qüvvələrdir. Bu bölgə 2030-cu ilə qədər dünya güclərinin rəqabət və çəkişmə aparacaqları, həmçinin diqqət göstərəcəkləri mərkəz olacaq”. Y. Səfəvi deyib ki, İsrail çökməyənədək bölgənin dinclik tapması mümkün deyil: “ABŞ-ın dəstəyini alan İsrail Qərbi Asiya və Şimal Afrikada gərginliyin mənbəyidir. Səudiyyə Ərəbistanı isə 2030-cu ilə qədər çökəcək”. General vurğulayıb ki, İsrail İran üçün problem yaratdığı anda rəsmi Tehran Hayfa və Tel-Əvivi yerlə bir edəcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805