• cümə, 19 Aprel, 00:08
  • Baku Bakı 18°C

İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib

13.01.18 09:50 403
İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib
İran-İraqsərhədində 4,3 bal gücündəzəlzələbaş verib.
APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə,İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.
Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üçzəlzələqeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
banner

Oxşar Xəbərlər