• cümə, 29 Mart, 05:20
  • Baku Bakı 7°C

İran ilə Azərbaycanı həm dəmir yolları, həm də avtomobil yolları birləşdirəcək

03.11.19 18:38 1754
İran ilə Azərbaycanı həm dəmir yolları, həm də avtomobil yolları birləşdirəcək
İran ilə Azərbaycanı yalnız dəmir yolları deyil, eyni zamanda, avtomobil yolları birləşdirəcək.
AZƏRTACxəbər verir ki, bu sözləri İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami deyib.
O bildirib ki, hazırda İranın Ərdəbil və Rəşt şəhərləri ilə Astara şəhəri arasındakı magistral yollarda yenidənqurma işləri aparılır. Bu yollar genişləndirilir və ağır yüklərin daşınması üçün möhkəmləndirilir. Azərbaycanda Ələt-Astara (Azərbaycan) magistral yolu yenidən qurularaq istifadəyə verilib. Bu yolla İranın Astara şəhərinə daxil olan yük maşınları Astara-Ərdəbil magistralı ilə İranın Qərb vilayətlərinə, Astara-Rəşt yolu ilə Şərq vilayətlərinə gedə bilərlər.
Nazir nəzərə çatdırıb ki, Azərbaycan ilə İran arasındakı avtomobil yolları yalnız iki ölkəni deyil, həm də Rusiyanı birləşdirəcək. Bu yollar İranla Azərbaycan və Rusiyanın cənub regionları arasındakı ticarət əlaqələrinin inkişafına təkan verəcək.
Xatırladaq ki, İran "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində magistral yollarında da yenidənqurma işlərini həyata keçirir.

banner

Oxşar Xəbərlər