• şənbə, 20 Aprel, 00:00
  • Baku Bakı 15°C

İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 40 faiz artıb

14.09.17 20:26 1365
İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 40 faiz artıb
Cari ilin ötən dövrü ərzində İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 40 faiz artıb.
Bu fikri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Onun sözlərinə görə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam olaraq formalaşdıqdan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə ediləcək. İranı Azərbaycan vasitəsilə Rusiya və Avropa ilə birləşdirəcək Rəşt-Astara dəmir yolunun inşası hər iki dövlətin iqtisadi və ticarət əlaqələrini möhkəmləndirəcək.
banner

Oxşar Xəbərlər