• cümə, 29 Mart, 13:56
  • Baku Bakı 14°C

İran generalın ölümünə görə ABŞ-dan qisas alacaq

03.01.20 09:29 1733
İran generalın ölümünə görə ABŞ-dan qisas alacaq
İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosvari deyib.
Digər məlumata görə, İranın Ali rəhbərin məsləhət orqanının keçmiş komandanı Möhsin Rezai bildirib ki, İran ABŞ-dan qisas alacaq. "İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Quds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”. APARİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Möhsin Rezai "twitter” səhifəsində bildirib.
İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın "öz həyəcanlı oyunları ilə" Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını deyib, bildirib ki, Vaşinqton bunun nəticələrinə hazır olmalıdır.
Pentaqonda öz növbəsində generalSuleymaninin öldürüldüyüxəbərini təsdiq edib. Pentaqon İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə endirilib.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub. Əlavə edilir ki, ABŞ bölgədəki maraqlarını qorumağa davam edəcək.
Bundan əvvəl ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.
Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.
"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

banner

Oxşar Xəbərlər