• cümə axşamı, 25 aprel, 17:32
  • Baku Bakı 23°C

İran Dəmir Yolları İdarəsinin rəhbəri: " Rəşt-Astara dəmir yolu xətti ilə 4 il ərzində 2 milyon ton yükün daşınmasına nail olunacaq"

17.03.18 17:47 1059
İran Dəmir Yolları İdarəsinin rəhbəri: " Rəşt-Astara dəmir yolu xətti ilə 4 il ərzində 2 milyon ton yükün daşınmasına nail olunacaq"
"Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin hər ikisində çatışmayan hissə Rəşt-Astara dəmir yolu xəttidir. Bu layihənin təkmilləşməsi ilə Hindistan-İran-Azərbaycan-Gürcüstan və Ukraynaya tranzit yol təkmilləşəcək və bu, çox önəmlidir".

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran İslam Respublikasının Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə deyib.

S. Məhəmmədzadə deyib ki, onların proqnozuna əsasən, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi və açılışı ilə rahatlıqla yaxın 4 il ərzində 2 milyon ton yükü bu dəmir yolu xətti ilə daşınmasına nail olunacaq: "Əlbəttə ehtimal olunur ki, daşınacaq yükün həcmi daha da çox olacaq".

S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolunun icrası layihəsi prezidentin xüsusi nəzarətindədir. " Azərbaycan Respublikası ilə əldə etdiyimiz razılığa əsasən, bu layihəyə İran və Azərbaycan birgə sərmayə yatıracaq. Qanuni və hüquqi aspektlər haqqında razılıq əldə olunub. Ümid edirik ki, layihənin icrası ilə Xəzər dənizinin qərbində şimal-cənub dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Ukrayna Avropaya birləşəcək”.

S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi üçün müəyyən vaxt və görüləcək işlərin qrafiki hazırlanıb: "Dəmir yolun xəttinin uzunluğu 200 kilometrdən azdır. Azərbaycan və İranın birgə koordinasiyalı işi nəticəsində layihə daha az zamanda təkmilləşəcək və 4 ildən az bir vaxtda yekunlaşacaq”.
banner

Oxşar Xəbərlər