• cümə, 19 Aprel, 04:03
  • Baku Bakı 18°C

İran Bosniyaya uduzdu, baş məşqçi istefa verdi - Dünya Çempionatı

26.06.14 08:18 1023
İran Bosniyaya uduzdu, baş məşqçi istefa verdi - Dünya Çempionatı
Bosniya və Herseqovina ilə İranın görüşü İslam aləmi üçün güclünü müəyyənləşdirmək baxımından maraqlı olub. Cənub qonşularımızın 1/8 final şansları qalsa da, onlar bu şansdan istifadə edə bilməyiblər. İran 3:1 hesabı ilə məğlub olaraq turniri sonuncu yerdə başa vurub.
Hesabı 23-cü dəqiqdə Bosniya və Herseqovina adından Dzeko açıb. Oyunda ikinci qolu da Bosniya və Herseqovina yığması vurub. 59-cu dəqiqədə Pyaniç komandasını ikinci qoluna imza atıb. 82-ci dəqiqdə İran fərqi birə endirib. Reza komandasının ilk və tək qolunu vurub. 83-cü dəqiqədə Bosniya və Herseqovina fərqi ikiyə çatdırıb. 3-cü qolun müəllifi Vrşajeviç olub.
Beləcə Dünya Çempionatına ilk dəfə qatılan Bosniya və Herseqovina, İranı 3-1 məğlub edib./apa/
banner

Oxşar Xəbərlər