• cümə axşamı, 25 aprel, 10:42
  • Baku Bakı 14°C

İran Birləşmiş Ştatları məhkəməyə verir

03.06.13 08:34 1381
İran Birləşmiş Ştatları məhkəməyə verir
İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin neft-kimya və sənaye komissiyasının sədri Müvəyyid Hüseyni Sədr bildirib.
Onun sözlərinə görə, buna səbəb ABŞ-ın İranın neft-kimya sektoruna bağlı 8 neftayırma zavoduna sanksiya tətbiq etməsidir: “ABŞ İranın valyuta gəlirlərinin qarşısını almaq üçün məqsədi güdür. Onlar İranın bu sektordan əldə etdiyi gəlirdən narahatdırlar”.
Qeyd edək ki, ABŞ Təbriz neftayırma zavodu başda olmaqla, “Mobin Petrochemical”, “Bou Ali Sina Petrochemical”, “Bandar Imam Petrochemical”, “Nouri Petrochemical”, “Pars Petrochemical”, “Tondguyan Petrochemical” və “Shazend Petrochemical” şirkətlərinə sanksiya tətbiq edib.
banner

Oxşar Xəbərlər