• çərşənbə, 24 Aprel, 07:18
  • Baku Bakı 13°C

İran Azərbaycanla viza rejiminin mərhələli ləğvini istəyir

07.11.16 15:48 1122
İran Azərbaycanla viza rejiminin mərhələli ləğvini istəyir
İran Azərbaycanla vizasız rejimin tətbiq olunması ilə bağlı əlavə tədbirlərin qəbul olunmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bu sözləri Tehranda keçirilmiş mətbuat konfransında İran xarici işlər nazirliyinin mətbuat katibi Bəhram Qaimi deyib: "İki ölkə arasında münasibətlərin xüsusiyyətini nəzərə alaraq ümid edirəm ki, vizaların ləğv olunması barədə razılıq əldə oluna bilər.”
Onun sözlərinə görə, bu istiqamətdə atılan ilk addım viza alınması üçün tələb olunan şərtlərin yüngülləşdirilməsi ola bilər.
Mətbuat katibi qeyd edib ki, İran bu proqramı Rusiya ilə də həyata keçirir.
banner

Oxşar Xəbərlər