• cümə axşamı, 25 aprel, 18:46
  • Baku Bakı 21°C

“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılmasına hazırdır”

08.03.21 16:15 806
“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılmasına hazırdır”
"İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.
O bildirib ki,Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkindür:
"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində geniş potensial mövcuddur."
O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.
Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı genişləndirəcək.
banner

Oxşar Xəbərlər