• cümə, 29 Mart, 18:40
  • Baku Bakı 14°C

“İran Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır”

07.11.14 16:09 1451
“İran Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır”
İqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev bu gün İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə enerji, kənd təsərrüfatı, rabitə, bankçılıq, mədəniyyət və sair sahələr üzrə İranın dövlət qurumlarının məsul şəxsləri daxildir. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə olunmuş razılaşmalar üzrə görülən işlər, eləcə də əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məsələlər müzakirə edilib.
Nazir Ş.Mustafayev 2014-cü ildə Azərbaycan və İran dövlət başçıları arasında keçirilmiş görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini, hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi İranın qonşu Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Mahmud Vaezi Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, aparılan işlərin gedişi barədə fikir mübadiləsi aparılıb, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu qeyd edilib. Müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı perspektivləri barədə hər iki tərəfin əlaqədar qurumlarının mütəmadi müzakirələr aparması məqsədəuyğun hesab edilib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər