• cümə axşamı, 18 aprel, 23:34
  • Baku Bakı 21°C

İran Azərbaycan vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə qoşula bilər

10.12.17 11:00 2427
İran Azərbaycan vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə qoşula bilər
İran Azərbaycan ərazisi vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə qoşulmaq məsələsini nəzərdən keçirməyə hazırdır.
Bunu Trend-ə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.
Nazirin sözlərinə görə, hazırda İran çıxış nöqtələrinə Türkiyə vasitəsilə qoşulub və əgər Azərbaycan şirkətləri daha sərfəli tariflər təklif edərlərsə, IP-trafik mübadiləsi Azərbaycan ərazisindən həyata keçirilə bilər: "Bu yaxınlarda biz 300 Gbit/s buraxılış gücü olan və İranın cənubu ilə şimalını birləşdirən tranzit magistral işə salmışıq və biz tranzit həcmləri məsələsi ilə bağlı Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırıq”.
M.C.A.Cəhromi həmçinin, EPEG (Europe-Persia Express Gateway) kabel magistralının tikintisi layihəsinin hazır olması barədə danışıb: "Texniki olaraq EPEG hazırdır. Biz bu layihəni müsbət qiymətləndiririk, amma tək bu layihədən asılı deyilik. Bizim başqa magistrallarımız var ki, onlar vasitəsilə beynəlxalq trafik mübadiləsi nöqtələrinə çıxış əldə edirik”.
banner

Oxşar Xəbərlər