• çərşənbə, 08 May, 17:31
  • Baku Bakı 16°C

İran-Azərbaycan sərhədini pozan Suriya vətəndaşı saxlanılıb

08.03.18 12:45 642
İran-Azərbaycan sərhədini pozan Suriya vətəndaşı saxlanılıb
Dövlət Sərhəd Xidməti(DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dən APA-ya verilən məlumata görə, 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarətsiz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.
Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlüSuriyavətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsusSuriyavətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusunxəritələri, 1 ədəd dini ki­tab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunub.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər