• cümə, 19 Aprel, 03:22
  • Baku Bakı 18°C

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

16.04.17 16:30 706
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: İran  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Bu gün müdafiə naziri general-polkovnikZakir Həsənovİran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.
Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu bildirib. Eyni zamanda regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.
banner

Oxşar Xəbərlər