• çərşənbə, 24 Aprel, 03:46
  • Baku Bakı 14°C

İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır

26.05.19 15:01 513
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
İranın xarici siyasətini aydınlatmaq məqsədilə iki həftədən çoxdur ki, ABŞ-ın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə danışıqlar aparılır.
AZƏRTACxəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Seyid Abbas Musəvi deyib. O bildirib ki, aparılan danışıqlarda rəsmi dövlət nümayəndələri iştirak etmirlər. Dialoqda iştirak edənlərin dövlət adından danışmaq səlahiyyətləri yoxdur.
S.A.Musəvi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin amerikalı senator ilə görüşünə də aydınlıq gətirib. Qeyd olunub ki, M.C.Zərif ötən ay BMT-nin tədbirində iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində senator Dayan Faynştan ilə görüşüb. Senatorun diqqətinə çatdırılıb ki, ABŞ-ın dövlət müşaviri Con Bolton və Yaxın Şərqdə bəzi dövlətlərin rəhbərləri regionda yeni müharibə başlatmaq niyyətindədirlər.
Xatırladaq ki, M.C.Zərifin ABŞ-a səfəri zamanı keçirdiyi görüşlər haqqında mətbuatda məlumat verilmişdi. Lakin senator D.Faynştan ilə görüşü barədə heç bir xəbər dərc edilməmişdi. ABŞ-ın "Politiko” internet portalı M.C.Zərif ilə senator arasında görüş haqqında məlumat yaydıqdan sonra İranın Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirmək məcburiyyətində qaldı.

banner

Oxşar Xəbərlər