İran ABŞ-ı "gizli" silahla hədələyib
İran Fars körfəzində olan ABŞ gəmilərini "tam gizli" silahla suyun altına göndərə bilər.
Trend-in "RİA Novosti"yə istinadəən verdiyi məlumata görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının yüksək rütbəli müşaviri Murtuza Korbani deyib.
M.Korbani qeyd edib ki, regiona iki ABŞ gəmisi gəlib: "Əgər ABŞ kiçiik bir səhvə yol versə, biz tam gizli, yeni iki raket vasitəsi ilə onların gəmilərini suyun altına göndərəcəyik".