• cümə, 26 Aprel, 17:32
  • Baku Bakı 23°C

İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib

01.03.21 10:15 467
İran AB və ABŞ-la nüvə sazişi üzrə birbaşa danışıqlardan imtina edib
İran Avropa Birliyinin təklif etdiyi nüvə sazişi ilə bağlı ABŞ-ın da iştirakı ilə mövcud şərtlərlə görüş keçirilməsini zəruri hesab etmir.
APATASS-a istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.
"ABŞ-ın və "Avropa üçlüyü”nun (Fransa, Almaniya və Böyük Britaniya) son addımlarını nəzərə alaraq, İran nüvə sazişinin avropalı iştirakçıları tərəfindən təklif olunan qeyri-rəsmi görüşün keçirilməsini hazırda vacib hesab etmir”, - İran XİN tərəfindən yayılan açıqlamada qeyd olunub.

Diplomat əlavə edib ki, "bu günə qədər Vaşinqtonun yanaşmasında heç bir dəyişiklik olmayıb”: "Co Bayden hökuməti uğursuz maksimal təzyiq siyasətindən nəinki imtina etmədi, hətta BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (nüvə razılaşmasına dair qətnamə) yerinə yetirilməsinə dair öz öhdəliklərinə sadiq qaldıqlarını belə bəyan etmədi”, - S.Xətibzadə belə deyib.
Onun sözlərinə görə, "nüvə sazişi çərçivəsində bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqlar və ya güzəşt məsələsi deyil”: "Bütün güzəştlər beş il əvvəl verildi (söhbət nüvə anlaşmasının bağlandığı tarixdən gedir)”.

banner

Oxşar Xəbərlər