• cümə, 29 Mart, 01:32
  • Baku Bakı 7°C

İquain Milana gəldi

02.08.18 11:35 615
İquain Milana gəldi
"Yuventus”un hücumçusu Qonsalo İquain karyerasını "Milan”da davam etdirəcək.
Kaspi.az xəbər verir ki, İqain müqavilə bağlamaq üçün Milana gəlib. Onu yüzlərlə "Milan” azarkeşi qarşılayıb. Argentinalı futbolçu mətbuata qısa açıqlama verib:
"Təəssüratım möhtəşəmdir. Avqustun 2-də tibbi müayinədən keçəcəyəm. Ümid edirəm ki, "Milan”la müqavilə bağlayacağam.
İstəyirəm ki, "Milan”ın azarkeşlərini salamlayım. "Yuve”nin fanatlarına isə təşəkkür edirəm. Onlar məni həmişə dəstəklədilər.
İnanıram ki, "Milan”la ən yüksək zirvəyə qalxmağı bacaracağıq”.
Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, İquainin icarəyə götürülməsi "Milan”a 18-20, alınması isə 36 milyona başa gələcək.
Onu da qeyd edək ki, İquaindən savayı, "Yuventus”dan "Milan”a Mattia Kaldara da keçəcək. Leonardo Bonuççi isə əks istiqamətdə hərəkət edəcək.
banner

Oxşar Xəbərlər