• cümə axşamı, 18 aprel, 12:10
  • Baku Bakı 22°C

İqtisadiyyat və sənaye naziri Ağsuda vətəndaşları qəbul edib

28.10.14 13:58 1293
İqtisadiyyat və sənaye naziri Ağsuda vətəndaşları qəbul edib
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən bölgələrdə vətəndaşların növbəti qəbulu oktyabrın Ağsu rayonunda keçirilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, Ağsu Şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil edilmiş qəbulda Göyçay, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.
Nazir Ş.Mustafayev qəbula gəlmiş vətəndaşların sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal müəssisələrinin yaradılması, kredit ittifaqının fəaliyyətinə dəstək göstərilməsi, metal konstruksiyaların istehsalı, torpağa mülkiyyət hüququnun rəsmiləşdirilməsi, sosial və sair məsələlərlə bağlı müraciətlərini diqqətlə dinləyib, bir sıra məsələlər yerindəcə həllini tapıb, digər məsələlər operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb. İSN-in fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Nazir Ş.Mustafayev qəbula gəlmiş sahibkarların əkinçilik, heyvandarlıq, arıçılıq, istixana təsərrüfatlarının yaradılması, üzümçülük təsərrüfatının genişləndirilməsi və sair sahələr üzrə təkliflərini dinləyib, müzakirələr aparılıb, investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.
Ümumilikdə Ağsuda keçirilmiş qəbulda nazir Ş.Mustafayev 100-dən çox vətəndaşı qəbul edib.
Qeyd edək ki, qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin internet və facebook səhifələri vasitəsilə qəbula yazılıblar.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən vətəndaşlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər