• cümə axşamı, 25 aprel, 17:01
  • Baku Bakı 23°C

İqtisadiyyat naziri Türkiyəyə gedir

29.11.17 16:15 5987
İqtisadiyyat naziri Türkiyəyə gedir
İqtisadiyyat naziriŞahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin noyabrın 30-da İstanbulda keçirilən VII görüşündə iştirak edəcək.
Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2010-cu ildə türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısı zamanı yaradılıb. TDƏŞ-ə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir. 2011-ci ildə TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib. TDƏŞ-in iqtisadiyyat nazirlərinin 6-cı iclası isə 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.
banner

Oxşar Xəbərlər