İqtisadiyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək
İyulun 1-də
İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran
rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların
qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Heydər
Əliyev Xatirə Parkı) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata
alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və
493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici
şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, Nazirliyin Lənkəran
regional bölməsi (ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, 3, əlaqələndirici
şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, (050) 235 01 07,
elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə
bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet
və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin
şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də
qəbula yazıla bilərlər.Kaspi.az