• cümə axşamı, 25 aprel, 12:38
  • Baku Bakı 23°C

İqtisadiyyat naziri Çinə səfər edəcək

02.02.18 12:40 489
İqtisadiyyat naziri Çinə səfər edəcək
İqtisadiyyat naziriŞahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 5-7-də Çinə səfər edəcək.
İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfransda iştirak edəcək.
Konfransda İqtisadiyyat naziriŞahin MustafayevAzərbaycanın tranzit potensialına dair çıxış edəcək, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirələr aparacaq.
Səfər çərçivəsində Ş. Mustafayev Çinin Nəqliyyat naziri, Kommersiya nazirinin müavini - Çinin Beynəlxalq ticarət məsələləri üzrə nümayəndəsi, Milli İnkişaf və İslahatlar Komitəsinin, İpək Yolu Fondunun və İpək Yolu Beynəlxalq Ticarət Palatasının rəhbərləri, Şansi əyalətinin qubernatoru ilə görüşəcək.
Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olacaq.
Bundan başqa, səfər zamanı Pekin və Sian şəhərlərində biznes forumlar təşkil olunacaq. Biznes forumlarda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, İKT, turizm və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Bu tədbirlərdə həmçinin, "EXPO-2025" Sərgisinə Bakının namizədliyi ilə bağlı video təqdimat keçiriləcək.
Səfərin son günü - fevralın 7-də isə Sian şəhərində İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə Azərbaycanın investisiya mühitinə dair təqdimat təşkil ediləcək.
banner

Oxşar Xəbərlər