AZE | RUS | ENG |

İqtisadiyyat naziri Əfqanıstan nümayəndə heyəti ilə görüşüb

İqtisadiyyat naziri Əfqanıstan nümayəndə heyəti ilə görüşüb
Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri Məhəmməd Humayun Qayuminin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Trend-in məlumatına görə, sonra İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri Məhəmməd Humayun Qayuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şahin Mustafayev Azərbaycanın Əfqanıstanla ikitərəfli əməkdaşlığa önəm verdiyini, əlaqələrin genişlənməsində dövlət başçılarının siyasi iradəsini, ölkə rəhbərləri arasında keçirilən görüşlərin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.
Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə danışan Şahin Mustafayev bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət dövriyyəsi 37% artıb. Artım tendensiyası 2019-cu ildə də davam edir.
Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən Şahin Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından, xüsusilə Lapis-Lazuli nəqliyyat dəhlizindən daha geniş istifadə imkanlarını vurğulayıb.
Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, ticarət və investisiya, kiçik və orta sahibkarlıq, İKT, humanitar və s. sahələrdə potensialı qeyd edib.
İqtisadiyyat naziri Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb, əfqanıstanlı sahibkarları ölkəmizdə yaradılmış işgüzar şəraitdən yararlanmağa dəvət edib.
Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edən Əfqanıstan İslam Respublikasının Maliyyə naziri, Prezidentin Baş Müşaviri Məhəmməd Humayun Qayumi sənaye, ticarət, investisiya və s. sahələrdə əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin genişləndirilıməsinə dair müzakirələr aparılıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946