• cümə, 29 Mart, 04:38
  • Baku Bakı 7°C

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq

22.01.21 14:06 384
İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq
Nazirlər Kabineti 2 ay müddətinə İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsini hazırlayacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

- Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
- "Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:
- Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görəcək;
- "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edəcək.
Həmçinin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
banner

Oxşar Xəbərlər