• cümə, 19 Aprel, 17:33
  • Baku Bakı 25°C

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində alt işçi qrupun müzakirəsi keçirilib

03.08.16 16:16 1098
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində alt işçi qrupun müzakirəsi keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Ağır sənaye və maşınqayırma" mövzusunda alt işçi qrupunun müzakirəsi keçirilib.

Mərkəzdən "APA-Economics”ə verilən məlumata görə, müzakirələrdəPrezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri və iri sənaye qurumlarının rəhbərləri iştirak ediblər. Müzakirələrdə qeyd edilib ki, işlək və işləməyən sənaye aktivlərindən səmərəli istifadə daha çox dəyər yarada bilər. Sənayenin xammal təchizatı, kadr hazırlığı, bazarlara çıxış və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində təkliflər verilib. Qeyd edilib ki, Azərbaycanda metallurgiya, neft-kimya, maşınqayırma, elektrik avadanlıqları, tikinti materialları, ərzaq sənayesi kimi sahələrin inkişaf potensialı var.

Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün təqdim edilib.
banner

Oxşar Xəbərlər