• cümə, 19 Aprel, 22:55
  • Baku Bakı 24°C

İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib

21.05.19 13:08 470
İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib
Son illərdə Azərbaycanda keçirilmiş dərin iqtisadi islahatlar ölkədə əlverişli biznes mühitinin inkişafına xidmət edib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.
Deputat biznesin bütün seqmentlərində islahatların davam etməsinin vacibliyini qeyd edib:
"Fikrimcə, biznes, ictimaiyyət və dövlət arasında əlaqələndirici rolu oynayan struktur qismində İctimai şuranın yaradılması həm biznesdə şəffaflığın təmin olunması baxımından, həm də dayanıqlı biznes mühitinin formalaşması üçün doğru qərardır”.
O qeyd edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai şuranın qarşısında dayanan məqsəd və tapşırıqların reallaşdırılması sahibkarlıq sahəsində müsbət nəticələr verəcək:
"Bu fakt uğurlu dövlət siyasətinin, eləcə də biznes sahəsində köklü islahatların göstəricilərindən biridir”.
banner

Oxşar Xəbərlər