İqtisadi cəhətdən çökən Ermənistan 4 hərbi təyyarəni nə ilə alır?
Ermənistanın indiki iqtisadi durumu onu başqa ölkələrdən asılı vəziyyətə
salıb. Bu ölkəyə investisiya axını, demək olar ki, yoxdur və dövlət büdcəsi bir
çox halda ianələr hesabına formalaşdırılır. Belə bir məqamda bu ölkə rəhbərliyinin
öz hərbi arsenalını artırmaq, yeni silahlar almaq niyyəti haqlı olaraq Ermənistan
cəmiyyətində narazılıq doğurur.
Lakin unutmayaq ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hərbi balansı qorumaq məqsədilə ötən illər ərzində Rusiyadan güzəştli şərtlərlə silah və sursat alıb. Buna baxmayaraq, Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsinə bərabər olması rəsmi Yerevanın "balans” arzusunu hər mənada geridə qoyur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, indiki halda
Ermənistanın iqtisadi durumu hər kəsə məlumdur: "Yəni, ermənilər öz vəziyyətləri,
büdcələri haqqında danışırlar və bu, gizli bir məsələ deyil. Özləri də yaxşı
bilirlər ki, 4 müasir hərbi təyyarəni almağa elə bir vəsaitləri yoxdur. Təbii
ki, şimal qonşumuz bütün tarix boyu olduğu kimi, yenə də bu təyyarələri hədiyyə
edib. Baxmayaraq ki, Ermənistanın aldığını deyirlər. Amma bunu nə ilə alır, vəsait
haradandır, bilinmir. Bununla bağlı da deyəcəklər ki, kreditdir və sair. Burada
söhbət 5-10 manatdan getmir ki, ya əvvəlki Ermənistan rəhbərliyi, ya da indiki
Paşinyan ABŞ-da, Avropada gedib əl açıb, dilənib gətirsin. Əslində yenə də bu
belə deyil və burada qeyri-müəyyənlik var. Ancaq bizə məlumdur. Çünki 30 il ərzində
bu məsələ dəfələrlə təkrarlanıb və indi də davam edir. Yəni, bu 4 hərbi təyyarə
erməniləri hər zaman silah-sursatla təmin edən şimal qonşumuzun növbəti hədiyyəsidir.
Bunun nə məqsədlə verildiyini özləri daha yaxşı bilirlər”.
Hərbi ekspert, ehtiyatda
olan polkovnik Şair Ramaldanov bildirdi ki, hələ 2 əvvəl Ermənistanın "İsgəndər”
zenit-raket komplekslərini alması ilə bağlı söhbətlər gedirdi: "Bu günə qədər
biz nə onları gördük, nə də bilmədik ki, bu silah kimə məxsusdur, kim onlardan
istifadə edə bilər. Bununla bağlı rusiyalı analitiklər fikirlər səsləndirirdilər.
Yəni sonra belə məlum oldu ki, bu, Azərbaycanın silahlanması qarşısında erməni
cəmiyyətini sakitləşdirmək üçün ortaya atılan bir fikirdir. Məsələyə məntiqlə
yanaşsaq, deyə bilərik ki, Ermənistanın hazırkı durumu, iqtisadiyyatı
acınacaqlıdır. Bu ölkə kredit yolu ilə silah alır və nəyi verirlərsə, onu alır,
nəyi istəyirsə, ala bilmir. Biz nəzərə almalıyıq ki, Ermənistanın birinci şəxsi
əsgərlərin yeməyi ilə bağlı həyəcan təbili çaldı. Sonra isə dedi ki, əsgər yeməyini
normal vəziyyətə gətirmək üçün vaxt lazımdır. Yəni, bunlar hamısı o göstəricilərdir
ki, elə bir güclü və bahalı silahın alınması Ermənistanın imkanı xaricindədir.
Hesab edirəm ki, yenə də Azərbaycanın silahlanması fonunda hərbi hücum təyyarələrinin
alınması ilə bağlı fikirlər ortaya atıblar. Guya Ermənistan onları alacaq. Biz
bilirik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üzv dövlətlərin
müəyyən silahlanması gedir. Ondan başqa, həm də Ermənistanda Rusiyanın hərbi
bazası mövcuddur. Çox maraqlıdır ki, Rusiyaya məxsus hərbi bazada yeni silahlar
yer alanda, Ermənistan bunu öz adına çıxır. Bütün qeyd edilənləri bir qırağa
qoyaq və düşünək ki, ermənilər həqiqətən də hərbi təyyarələri alıblar və ya
onlara pay veriblər. Bu təyyarələr heç bir halda Azərbaycanla Ermənistan
arasında mövcud olan güc nisbətinə təsir edə bilmir. İlk olaraq qeyd edim ki,
bu təyyarələr daha geniş hava məkanında tətbiq etmək üçündür. Bu təyyarələrin
texniki xüsusiyyətlərini nəzərə alsaq, onların Qarabağ hava məkanında manevr
imkanları məhduddur”.
Ş.Ramaldanov qeyd etdi ki, bu gün Azərbaycan ən müasir hava hücumundan müdafiə sistemləri ilə silahlanır: "Ali Baş Komandan İlham Əliyev Belarusda olarkən imzalanan memoranduma əsasən, bu ölkədən yeni nəsil hava hücumundan müdafiə sistemləri alınır. Eyni zamanda Azərbaycanda bütün radar sistemləri yeniləri ilə əvəzlənib. O cümlədən bir neçə il əvvəl "İsgəndər” zenit raket kompleksləri ilə bağlı söhbətlər dolaşanda, biz İsraildən hava hücumundan müdafiə sistemləri aldıq. Ona görə də bu gün Azərbaycanda mövcud olan hava hücumundan müdafiə sistemi havadan endirilə biləcək zərbənin qarşısını almağa və ölkənin hava məkanını qorumağa tam qadirdir. Bu baxımdan Ermənistana dörd hərbi təyyarə bağışlansa belə, bu, Azərbaycanla Ermənistan arasında mövcud olan silah fərqini dəyişə bilməyəcək”.
BƏXTİYAR
Lakin unutmayaq ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hərbi balansı qorumaq məqsədilə ötən illər ərzində Rusiyadan güzəştli şərtlərlə silah və sursat alıb. Buna baxmayaraq, Azərbaycanın dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitin Ermənistanın ümumi büdcəsinə bərabər olması rəsmi Yerevanın "balans” arzusunu hər mənada geridə qoyur.
Bu günlərdə Ermənistanın Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcılarını
almasına dair məlumatların gündəmə gəlməsi isə bir daha göstərir ki, Ermənistan
iqtisadi, siyasi cəhətdən nə qədər ağır durumda olsa belə, öz işğalçılıq niyyətindən
əl çəkmək istəmir. Amma bu məsələ ilə bağlı suallar doğuran məqamlar var. Ağır
durumda olan Ermənistan bu hərbi təyyarələri nə ilə alır? Eləcə də rəsmi
Yerevanın bu addımı Azərbaycanla Ermənistan arasında hərbi sahədə mövcud olan fərqli
vəziyyəti dəyişəcəkmi?
E.Məmmədov Ermənistanın indiki vəziyyətini əsas tutaraq dedi ki, qonşudan
verilən payla qarın doymaz: "Yəni, nə qədər dilənməklə, ianələr hesabına,
kredit və hədiyyələrlə dolanmaq olar? Bununla ölkə daxilində nəyi isə düzəltmək
mümkün deyil. Bu gün Azərbaycan ordusunun silah-sursat təminatı o dərəcədə yüksəkdir
ki, nəinki Ermənistan, dünyanın ayrı-ayrı ölkələrində bu təminatı yaratmaq çətindir.
Azərbaycan Silahlı Qüvvələri ölkə iqtisadiyyatının, prezident İlham Əliyevin
dövlətin müdafiəsinə, təhlükəsizliyinə, orduya olan diqqəti sayəsində bu gün
dünyanın 50 ordusu arasında yer alır. Ermənistan 3-4 sınıq-salxaq təyyarə və ya
ianələrlə düşünürsə ki Azərbaycanla hərbi balans yarada biləcək, bu, gülüş
doğuracaq. Azərbaycan ordusu döyüşə hazırdır və torpaqları azad etmək üçün Ali
Baş Komandanın əmrini gözləyir. Təbii ki, Paşinyan özündən əvvəlkilərdən nəticə
çıxartmasa, bu belə olacaq”.