İqtisadçı, moda təşkilatçısı və səyyah- Səyyah
Səyahət etməyi sevir. Üstəlik, gəzdiyi bütün ölkələrdən
səyahət bloqunda yazır və insanları məlumatlandırır. Ona görə səyahət etmək,
dünyanı tanımaq əvəzolunmaz hissdir. Biz də "çox gəzən çox bilər” misalını əsas tutub, səyahətçi
ilə söhbətləşmək qərarına gəldik.
"Səyyah” rubrikamızın qonağı səyyah Aqil Məmiyevdir. Müsahibimiz həm də beynəlxalq moda təşkilatçısı, "Best Model of The World” beynəlxalq model yarışmasının milli və beynəlxalq direktoru, "Azərbaycan Best Awards” və "Golden People Awards” layihələrinin təsisçisidir.
- Hər səyahətim mənə çox doğmadır. Bu ölkələri kateqoriyalara
bölə bilərəm. Yüksək həyat tərzi, modern, kübar, güvən, təmizlik baxımından
Sinqapur və İsveçrə mənə çox doğmadır.
İndoneziyanın Bali adası sanki cənnətdir. Bu ölkənin sahillərini Hind və Sakit okeanın suları yuyur. Ölkədəki qədim tarixi məbədlər, cəngəlliyin içində otellər insanı feyziyab edir. Çox fərqli yerdir. Maldivlər əsil cənnətdir. Yamyaşıl okean suyu, bəyaz qumlu çimərliklər... Bura, daha çox cütlüklər və lüks istirahət etmək istəyənlər üçündür. Otellərdən başqa gəzmək üçün heç bir yer yoxdur.
Hindistan çox maraqlı idi. Mumbaidə küçədə yaşayan insanları görmək təsirli idi. Bir tərəfdə küçədə çirkab içində saç kəsən bərbərlər, digər tərəfdə bahalı villa, restoranlar… Ölkə çox maraqlı və təəccüblüdür.
- Getdiyim ölkələr içində, Malayziya, Maldiv
adaları, Sinqapur, İndoneziya, Tailand, Fransa, İsveçrə, Hindistan, İtaliya,
Hon-Konq, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, İspaniyaya getməyi yenidən
düşünürəm. Oralarda kəşf ediləcək yerlər çoxdur.
- Səyahət müddətində sizi ən çox təəccübləndirən ölkə hansı olub və nə üçün?
- Sinqapur. Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla "Fine city” adlandırırlar. Sinqapurda həqiqətən çox cərimələr var. Məsələn, yerə tüpürdükləri, ictimai yerlərdə siqaret çəkdikləri, zibili küçəyə atdıqları, nəqliyyatda yemək yedikləri üçün insanları 470 sinqapur dollarından (400 USD) başlayan qiymətlərlə cərimə edirlər.
Həmçinin qətl, quldurluq, oğurluq, təcavüz, vandalizm və s. cinayətləri törədənləri, həbs cəzasından əlavə qamış çubuğu ilə döyərək cismani cəzalar tətbiq edirlər. Bununla yanaşı ölkədə ölüm cəzası da (dar ağacından asmaq) tətbiq olunur. Bu cəzalar xüsusi qəddarlıqla qətl törətmiş, narkotiklərin ticarəti məşğul olan şəxslərə, korrupsiyaya yol vermiş dövlət xainlərinə və prezidentin həyatına qəsd edənlərə qarşı tətbiq olunur. Küçələrdə demək olar ki, polis olmur. Lakin hər yerdə asayişə nəzarət edən həm gizli, həm də aşkar kameralar var.
- Dünyanın ən qədim mətbəxlərindən biri olan italyan
mətbəxində az qala hər şeyin içərisində zeytun yağı tapmaq mümkündür. Turş,
acı, şirin və duzlu təamları ilə Tai mətbəxi hər cür damaq zövqünə xitab etməyi
bacarır. Yeməklərdə ədviyyatlar, tərəvəzlər və düyü çox istifadə edilir. Balıq
və ətin bol olduğu ispan mətbəxini də sevirəm.
- Siyahı belədir: Santorini adası - Yunanstan,
Havay adaları – ABŞ, Folklend adaları – Argentina, Kanar adaları – İspaniya,
Farer adaları, Keniya, Tanzaniya, Yeni Zelandiya, Avstraliya, Lofoten adası –
Norveç, Reunion adası, Seyşel adaları, Çin Xalq Respublikası, Braziliya,
Filippin adaları, Cənubu Afrika Respublikası.
Aygün ƏZİZ
"Səyyah” rubrikamızın qonağı səyyah Aqil Məmiyevdir. Müsahibimiz həm də beynəlxalq moda təşkilatçısı, "Best Model of The World” beynəlxalq model yarışmasının milli və beynəlxalq direktoru, "Azərbaycan Best Awards” və "Golden People Awards” layihələrinin təsisçisidir.
Lənkəran rayonunun Liman şəhərində, ziyalı ailəsində
anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit
ixtisası üzrə təhsil alıb. Hazırda 50-yə yaxın beynəlxalq müsabiqələrin,
festivalların, moda layihələrinin yerli və regional direktoru olmaqla yanaşı,
hobbi olaraq həyat yoldaşı ilə birlikdə, səyahətlə məşğul olur. Həmsöhbətimiz səyahət
etdiyi ölkələr haqda səyahət bloqu hazırlamaq qərarına gələrək "AGILLIVE”
bloqunu yaradıb. Dünyanın 30-dan çox ölkəsinə səfər edib.
- Bloq layihəsindən
sonra Influencer/Blogger olaraq da tanınmağa başlayıbsınız. Bu sahədə hansısa
uğurlarınız olubmu?
- İki beynəlxalq "İnfluencer” layihəsində yer aldım və
dünyanın məşhur influencerləri ilə birlikdə mükafata layiq görüldüm. Oktyabrda
"Agillive” bloquma görə, "İnnovasiya həftəsi” çərçivəsində baş tutan "Global
Influencer Day” tədbirində "İnfluencer Awards”a layiq görüldüm. 17-19 dekabr tarixində
İstanbulda , "INFLOW Global Sammit”ində dünyanın hər yerindən milyonlarla izləyicilərə
sahib olan təxminən 100-ə yaxın influencerin iştirak etdiyi toplantıda ölkəmizi
təmsil etdim. Həmçinin, 2019-cu ilin 6 oktyabr tarixində, Monakoda keçiriləcək,
çox nüfuzlu "İnfluencer Awards Monaco” mükafatlandırılma mərasiminə namizədlik
qazanmışam. Əlavə olaraq, "həyat tərzi” şəkillərinə görə, Böyük Britaniyanın məşhur
"The Sun” nəşrində dünyanın top-siyahısında yer almışam.
- İqtisadçı,
səyyah, moda təşkilatçısı... 3 fərqli sahə. Maraqlıdır, fərqli sahələrə necə
keçid etdiniz?
- Məktəb illərindən coğrafiya fənnini sevirdim. Hətta
iki dəfə olimpiadada olmuşam. O vaxtlar məlumat əldə etmək daha çətin idi.
Yadımdadır, 10 cilddən ibarət qırmızı rəngli Sovet Ensiklopediyası vardı,
onların hamısını oxumuşdum. Bu sahədə biliklərim yüksək səviyyədə idi. İndi də
səyahətlərim zamanı coğrafi biliklərim mənə kömək olur. Biznes və modaya isə həmişə
marağım olub. 2-ci kursdan moda ilə yaxından maraqlanmağa başladım. İstək,
zaman və məqsəd mənə bu sahələri qazandırdı.
- Həyat
yoldaşınızla birlikdə səyahət edirsiniz. Səyahətə cütlük şəklində çıxmağın mənfi
və müsbət tərəfləri nədir?
- Əslində, mən
çoxdan səyahətlər planlaşdırırdım. Lakin mənimlə eyni fikirdə olan dostlarım az
idi. Fikrimiz eyni olanlarla da vaxt üst-üstə düşmürdü. Tək səyahət etmək əlbəttə
ki, maraqsızdır. Evləndikdən sonra bu marağı hobbiyə çevirdik. Hobbidən də səyahət
bloqu yarandı. Mənfi tərəflərinə gəldikdə isə həyat yoldaşım Bakıya tez
qayıtmaq istəyir. Adətən səyahət müddətində 5-6 ölkə gəzdiyimiz üçün ən azı,
bir ay ölkə xaricində oluruq. İkinci "problemimiz” çantamızın böyük olmasıdır. Bakıdan
gələndə çox geyim götürürük. Gəzdiyimiz ölkələrdə də alış-veriş etdiyimiz üçün
çantanı ölkədən-ölkəyə daşımaq çətin olur. Ən böyük çətinliyimiz yoldaşımın vətən
üçün çox darıxmasıdır (gülür-A.Ə).
- İlk səyahətiniz
hansı ölkəyə olub və həmin günü necə xatırlayırsınız?
- İlk böyük səyahətimi ekzotik yerlərə - Tailand,
Malayziya, İndoneziya və Sinqapura etdim. Təbii ki, bizim ölkədə bu yerlərə
maraq çoxdur. Bütün dostlar, tanışlar və izləyicilərim səyahətimlə maraqlanır,
oradakı mühiti, gediləcək yerləri, həyat tərzlərini mənimlə müzakirə edib
suallar verirdi. Bu vaxt özümə daha fərqli janr seçdim və həyat tərzi şəkilləri
çəkməyə başladım. Buna görə, xüsusi hazırlaşdım. Professional kameralar və
avadanlıqlar aldım. İlk səyahətim maraq doğurduğu üçün bunu davam etdirməyə qərar
verdim.
- Nə üçün
ekzotik ölkələr? Hansısa özəlliyi varmı?
- Oranın iqlimi bizdən çox fərqlənir. Ekvatorial,
subekvatorial və tropik iqlimi canlı hiss etmək istədim. Həmişə ekzotik adalar
marağımda idi. Bu günə qədər getdiyim ölkələrdən ən çox o səyahətimi unuda
bilmirəm. Həm təcrübəsizlik, həm də bir ay ölkədən uzaqda, Hind və Sakit okeanların
sahillərində qalmaq maraqlı idi. Təcrübəsizlik əlavə pul itkisinə səbəb olur.
Bundan əlavə, gəzməli yerlərin siyahısını əvvəlcədən tərtib etmədiyim üçün mənə
çətin gəldi.
- Bəs sizə ən çox təsir edən və unuda bilmədiyiniz
ölkə haradır?
İndoneziyanın Bali adası sanki cənnətdir. Bu ölkənin sahillərini Hind və Sakit okeanın suları yuyur. Ölkədəki qədim tarixi məbədlər, cəngəlliyin içində otellər insanı feyziyab edir. Çox fərqli yerdir. Maldivlər əsil cənnətdir. Yamyaşıl okean suyu, bəyaz qumlu çimərliklər... Bura, daha çox cütlüklər və lüks istirahət etmək istəyənlər üçündür. Otellərdən başqa gəzmək üçün heç bir yer yoxdur.
Hindistan çox maraqlı idi. Mumbaidə küçədə yaşayan insanları görmək təsirli idi. Bir tərəfdə küçədə çirkab içində saç kəsən bərbərlər, digər tərəfdə bahalı villa, restoranlar… Ölkə çox maraqlı və təəccüblüdür.
Tailand əsl cənnətdir. Möhtəşəm adaları, təbiəti,
qumsalları nəyə desən deyər. Şri-Lanka da həmçinin. Avropa isə bizə yaxın
olduğu üçün mənə standart gəldi.
- 30-dan çox
ölkədə olubsunuz. Bəs "bura heç vax getməyin”
deyəcəyiniz yer varmı?
- Zövqlər müxtəlifdir. Məsələn, yoldaşım heç vaxt
Hindistana getmək istəməz. Amma mənim üçün çox maraqlıdır. Görüləcək tarixi
yerləri çoxdur. Tac Mahal və Jaypurda olmaq istəyirəm.
- Bəs hansı
ölkəyə dəfələrlə getsəniz də, oradan
doymursunuz?
- Səyahət müddətində sizi ən çox təəccübləndirən ölkə hansı olub və nə üçün?
- Sinqapur. Bu ölkədə yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün Sinqapuru zarafatla "Fine city” adlandırırlar. Sinqapurda həqiqətən çox cərimələr var. Məsələn, yerə tüpürdükləri, ictimai yerlərdə siqaret çəkdikləri, zibili küçəyə atdıqları, nəqliyyatda yemək yedikləri üçün insanları 470 sinqapur dollarından (400 USD) başlayan qiymətlərlə cərimə edirlər.
Həmçinin qətl, quldurluq, oğurluq, təcavüz, vandalizm və s. cinayətləri törədənləri, həbs cəzasından əlavə qamış çubuğu ilə döyərək cismani cəzalar tətbiq edirlər. Bununla yanaşı ölkədə ölüm cəzası da (dar ağacından asmaq) tətbiq olunur. Bu cəzalar xüsusi qəddarlıqla qətl törətmiş, narkotiklərin ticarəti məşğul olan şəxslərə, korrupsiyaya yol vermiş dövlət xainlərinə və prezidentin həyatına qəsd edənlərə qarşı tətbiq olunur. Küçələrdə demək olar ki, polis olmur. Lakin hər yerdə asayişə nəzarət edən həm gizli, həm də aşkar kameralar var.
Sinqapurun vizit kartlarından biri unikal beş
ulduzlu Marina Bey Sends (Marina Bay Sands) kompleksi hesab edilir. Bu kompleks
üç 200 metrlik 57 mərtəbəlik qüllələrdən ibarətdir. Qüllələrin damında gəmi şəklində
Sky Park meydançası və onun içində 150 metrlik hovuz yerləşir. Bu hovuzda günəş
vannası qəbul etmək doğurdan da inanılmaz idi. Bütün şəhər sözün əsl mənasında
ayağının altındadır.
- Gəzməli yerlərin
əvvəlcədən planının qurursunuz? Ümumiyyətlə,
öz təcrübələrinizdən çıxış edərək, səyahətə başlamaq istəyən insanlara nə məsləhət
görürsünüz?
- Bəli, əvvəlcədən araşdırıram. "TripAdvisor”,
"Wikipedia”-da tanınmış səyyahların bloqları, müxtəlif tətbiqlər köməyimə gəlir.
Səyyahlar öncə gedəcəkləri regionu tam araşdırıb sonra getsinlər. Bu yay
Milanda yüksək miqdarda pulum və bank kartlarım oğurlandı. Həftə sonu olduğu
üçün 3 gün pulsuz qaldım. Ümumiyyətlə, səyahət zamanı ehtiyatlı olmaq lazımdır.
Pullar mütləq bank kartında olmalı, nəğd pul çox az olmalıdır. Kasıb şəhərlərdə
çox şux geyimlərdən istifadə etmək düzgün deyil. Çünki bəzi Asiya ölkələri
Tailand, Hindistan və Braziliyada oğurluq
hadisələri çoxdur. Hətta Avropa ölkələrində - İspaniya, İtaliya,
Portuqaliya və Fransada da oğurluq halları artıb.
- Hansı ölkənin
mətbəxini sevirsiniz və nə üçün?
Hind mətbəxi şərq, qərb, şimal və cənub olmaq üzrə,
ölkənin bölgələrinə görə ayrılmış vəziyyətdədir. İndoneziya mətbəxində demək
olar ki, hər yeməkdə düyü var. Ölkədə o qədər mirvari var ki, bəzi
restoranlarda yemək yanında mirvari də verilir. Amma Azərbaycan mətbəxini heç
bir ölkə mətbəxinə dəyişmərəm.
- Milanda
pullarınız oğurlanıb. Səyahət zamanı fərqli ölkədə pulsuz qalmaq necə hissdir?
- Çox acı xatirələrimdən biridir. Şəhərin mərkəzi
küçələrində piyada keçidindən yol keçərkən kimsə mənimlə toqquşdu. İki addım
atmışdım ki, çantamda yüngülləşmə hiss etdim. Baxanda gördüm ki, çantam açıqdır
və pul qabım oğurlanıb. İçində təxmini bizim pulla 2500 manat var idi. Bu hadisədən
sonra yoldaşımla mən 10 gün özümüzə gələ bilmədik. Yaxşı ki, qrup səyahəti
zamanı baş verdi və yanımızda azərbaycanlılar var idi. Müəyyən qədər onlardan
borc götürdüm. Moskvada olanda ailəm pul göndərdi və səyahətə davam etdik.
Bütün səyahət planlarının pozulmasından pis nə ola bilər ki? Həftə sonu olduğu
üçün Bakıda və xaricdə banklar işləmirdi. Pulsuz qalmışdım. Hətta polisə də ərizə
yazdıq. Polis dedi ki, gündə 100-ə yaxın belə hadisə baş verir. Pulların
tapılmaq şansı çox azdır.
- Gələcək səyahət
planlarınız necədir? Növbəti "stansiya” haradır?
Aygün ƏZİZ